Afrində Türkiyə ordusu üçün ən qanlı gün
-
Afrində Türkiyə ordusu üçün ən qanlı gün
Suriyanın Afrin məntəqəsində "Zeytun budağı" əməliyyatının davam etməsilə Türkiyə ordusunun bu məntəqədəki tələfatının sayı artır. Belə ki, Afrini Türkiyə hərbçiləri üçün bataqlıq hesab etməsək, bəlkə də bu məntəqə Türkiyə üçün bir qətl məkanına çevriləcəkdir.
Yalnız 16 gündə minə yaxın ölü. Bu, Türkiyənin Suriya ərazisinə hücumunun nəticəsidir; "Zeytun budağı" əməliyyatı adı altında. Bu əməliyyat dünənki günü Türkiyə ordusu üçün ən qanlı gün etdi. Yeddi ölü və beş yaralı ilə. YPG-nin amerikan "Tav" raketilə "Şeyx Xuruz" məntəqəsindəki hücumlarında və Kelis sərhəd nöqtəsindəki bir gözətçi postuna qarşı digər bir raket hücumunda.
Ordu qərargahının bəyanatı deyir ki, əməliyyatın əvvəlindən 16 Türkiyə hərbçisi ölüb, 60 nəfər də yaralanıbdır.
Bu bəyanat terror qruplarının tələfatını 932 nəfər elan edib. Sivillərin tələfatından isə xəbər yoxdur. Ölənlərin sayının artması ilə "Zeytun budağı" əməliyyatı ilə müxalifətlər artıbdır.
Kamal Kılıçdaroğlu- CHP sədri: Əgər Suriyanın ərazi bütövlüyünün qorunmasını istəyirsinizsə, əgər Suriyada qan axıdılmasının qarşısının alınmasını istəyirsinizsə, onda tez bir zamanda Bəşşar Əsəd hökuməti ilə əlaqə yaradın. İraq üçün də oxşar rəftar seçmək lazımdır.
Türkiyənin hərbi əməliyyatı amerikalı rəsmilərin bu ölkənin sərhəd zolağında otuz min nəfərlik bir ordunun təşkilindən xəbər verdikləri zamandan başlandı. Ondan qabaq Ankara Vaşinqtonun terror qruplarına beş min treyler və iki mindən çox hərbi təyyarə, silah və sursat verdiyini bildirərək, onun nəticələri barədə xəbərdarlıq etmişdi.
Bəkir Bozdağ- Türkiyənin baş nazir müavini: Biz orada amerikalı hərbçilərlə qarşı durmaq istəmirik. Amma əgər amerikalı hərbçilər YPG qüvvələrinin geyimində olsalar, şübhəsiz, hədəfə alınacaqlar.
"Zeytun budağı" əməliyyatı elə bir halda davam edir ki, etirazlar və əmin-amansızlıqlar dalğası bir daha Türkiyənin daxilinə geri dönübdür. Ötən üç gündə ldəqayırma bomba ilə Bursa şəhər polis idarəsinə hücum və digər bir əldəqayırma bombanın Ankara maliyyə şöbələrinin birində partlaması Türkiyə rəsmilərini onun davam etməsi qorxusundan nigaran edən hərəkətlərdən olubdur.