Türkiyənin Suriyanın şimalına qarşı hücumunun tələfatı artıb
https://azeri.sahartv.ir/news/türkiyə-i294629-türkiyənin_suriyanın_şimalına_qarşı_hücumunun_tələfatı_artıb
Türkiyə ordusunun qərargahı bir bəyanat yayaraq bildirib ki, Suriyanın şimalında Türkiyə ilə müxalif kürd yarımhərbçilərin tələfatının sayı 947 nəfərədək artıb.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Fev 05, 2018 14:13 Asia/Baku
  • Türkiyənin Suriyanın şimalına qarşı hücumunun tələfatı artıb
    Türkiyənin Suriyanın şimalına qarşı hücumunun tələfatı artıb

Türkiyə ordusunun qərargahı bir bəyanat yayaraq bildirib ki, Suriyanın şimalında Türkiyə ilə müxalif kürd yarımhərbçilərin tələfatının sayı 947 nəfərədək artıb.

Türkiyə ordusu bu gün bildirib ki, Suriyanın şimal-qərbindəki Afrin məntəqəsində keçirdiyi "Zeytun budağı" əməliyyatının on altıncı günündə İŞİD terrorçuları və Türkiyə ilə müxalif qrupların üzvlərindən on beş nəfər öldürülüb. Beləliklə, bu müddətdə həmin qrupların tələfatının sayı 947 nəfərədək artıbdır.

Belə bir halda, Türkiyə bu ölkə ordusunun Suriyanın şimalına qarşı hücumlardakı tələfatının sayını on altı, yaralılarının sayını isə altmış nəfərdən çox elan edibdir. Bu miqdarda Türkiyə tərəfdarı olan "Suriya azad ordusu" adlı qüvvələrin tələfatı istisna olunur. Bu qüvvələrin tələfatı təqribən üç yüz nəfər elan olunubdur.

Belə bir halda, Türkiyənin baş naziri Binalı Yıldırım belə deyib: Afrin məntəqəsində "Zeytun budağı" əməliyyatının başlanmasından bəri bu ölkənin yeddi hərbçisi öldürülüb və azı 113 nəfər də Hatay və Kilis vilayətlərində yaralanıbdır.

Bu, elə bir şəraitdədir ki, suriyalı kürd mənbələr Türkiyənin son hücumlarındakı mülki qurbanların sayını yüzlərlə nəfər elan ediblər.

Ankara Amerikanın Türkiyənin cənub sərhədləri yaxınlığında kürd qüvvələrdən ibarət otuz min nəfərdən ibarət xüsusi təyinatlı bölmənin təşkilinə çalışması bəhanəsilə Türkiyə tərəfdarı olan "Suriya azad ordusu" adlı qüvvələrdən istifadə edərək, yanvarın iyirmisindən sonra bu məntəqələrə qarşı geniş hücumlara başladı.

Suriya Türkiyə ordusunun bu ölkənin şimalına qarşı hücumunu pisləyərək, bu hərəkəti Dəməşqin milli suverenliyinin pozulması adlandırıbdır.