Türkiyədə Afrin hücumları müxaliflərinin həbsi barədə statistika
https://azeri.sahartv.ir/news/türkiyə-i295465-türkiyədə_afrin_hücumları_müxaliflərinin_həbsi_barədə_statistika
Türkiyə daxili işlər nazirliyi Suriyanın şimalında keçirilən "Zeytun budağı" əməliyyatı ilə müxalifətdə ittiham olunan 666 nəfərin həbs edilməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 13, 2018 12:58 Asia/Baku
  • Türkiyədə Afrin hücumları müxaliflərinin həbsi barədə statistika
    Türkiyədə Afrin hücumları müxaliflərinin həbsi barədə statistika

Türkiyə daxili işlər nazirliyi Suriyanın şimalında keçirilən "Zeytun budağı" əməliyyatı ilə müxalifətdə ittiham olunan 666 nəfərin həbs edilməsindən xəbər verib.

Türkiyə daxili işlər nazirliyi bir məlumat yayaraq bildirib ki, indiyədək sosial şəbəkələrdə terrorçuların şəkillərini yaymaq və onları təbliğ etməkdə ittiham olunan 474 və Afrin əməliyyatına qarşı aksiyalarda işitirakda ittiham olunan 192 nəfər həbs edilibdir.

Qeyd edək ki, həbs olunanlar arasında siyasi şəxsiyyətlər, jurnalistlər və siyasi fəallar mövcuddur.

Türkiyə 2018-ci il yanvarın 20-də Suriyanın şimalındakı məntəqələrə daxil olaraq, Hələb vilayətinin Afrin məntəqəsində "Zeytun budağı" əməliyyatına başladı.

Türkiyə ordusu bildirib ki, indiyədək bu ölkədəki kürd müxaliflərdən min 369-dan çox nəfər öldürülübdür.