Türkiyə Vaşinqtonun kürdlərə silah yardımını əsaslandırmasına reaksiya verdi
-
Türkiyə Vaşinqtonun kürdlərə silah yardımını əsaslandırmasına reaksiya verdi
Türkiyə baş naziri ABŞ-ın Suriyanın şimalında kürdlərə silah yardımını əsaslandırmasını rədd edərək deyib: ABŞ-ın məqsədi iddia etdiyinin əksinə olaraq terror qrupları ilə mübarizə aparmaq deyil.
Türkiyə baş naziri Binəli Yıldırım Vaşinqtonun İŞİD təhlükəsi əsassız bəhanəsi ilə kürdlərə silah yardımını davam etdirməyi səbəb göstərdiyini, halbuki İŞİD-in məhv olduğunu, kürd yaraqlılarına dəstəyin əsaslandırılası olmadığını bildirərək deyib: ABŞ-ın Suriyanın şimalında Türkiyə sərhədləri yaxınlığında silahlı kürd yaraqlılarına dəstəyi Ankaranın Vaşinqtonun regional siyasətlərindən narahatlığının əsas səbəbidir.
Türkiyə baş naziri əlavə edib: Vaşinqtonun terrorçularla şərikliyini qorumaq üçün göstərdiyi səylərini necə dərk etmək olar? Halbuki ABŞ onlara silah dəstəyini artırır.
Yıldırım xarici ölkələr, əsasən də ABŞ-dan yardım alan Suriya Kürd Xalq Müdafiə Qüvvələrini nəzərdə tutub. Çünki Ankara bu yaraqlı qrupun PKK ilə əlaqədə olduğunu və terror qrupu olduğunu bildirir. Bununla belə ABŞ-ın suriyalı kürdlərə silah yardımı davam etməkdədir və Türkiyə də suriyalı kürdlərə silah yardımını nigaranlıqla izləyir.
Pentaqon bundan öncə bildirmişdi ki, ABŞ verdiyi öhdəliyə əsasən, Suriyanın şimalında İŞİD terror qruplaşması ilə savaşda olan kürd mübarizlərə silah yardımına başlayıb. Bu hərəkəti Ankara çox təhlükəli adlandırıb.
Vaşinqtonun qənaətincə, Suriya Demokratik Qüvvələri koalisiyası İŞİD-lə mübarizə apara biləcək yeganə yerli qüvvədir. Bu baxımdan ABŞ prezidenti Donald Tramp may ayında Suriya kürdlərini silahlandırmağa qərar verdi. Lakin Türkiyə bu qərara reaksiyada bildirdi ki, Suriya kürdləri ABŞ-ın baxışınca terror qruplaşması olan PKK ilə əlaqədədir. Qarşılığında ABŞ Türkiyəni sakitləşdirmək üçün bildirdi ki, Suriya kürdlərinə göndərilən silahlar nəzarətdə olacaqdır. Bununla belə Türkiyə xarici işlər naziri ABŞ-ın bu hərəkətinə reaksiyda bildirdi: Suriya kürdlərinə silah göndərmək Suriyanın ərazi bütövlüyü və birliyi üçün təhlükəlidir. Çünki bu silahlar Türkyiə və həmçinin bütün bəşəriyyət əleyhinə istifadə oluna bilər. Halbuki Ankara ötən il avqust ayında İŞİD və Suriya silahlı kürdlərini eyni vaxtda Fərat çayından geri oturtmaq iddiası ilə Suriyanın şimalında hərbi əməliyyata başladı. Bu əməliyyat Suriya kürdlərinin şimalda iki bölgədə terror qruplaşmaları ilə mübarizəni davam etdirə bilməmələrinə səbəb oldu. Əslində Türkiyənin Suriyanın şimalındakı hərbi əməliyyatı terror qruplaşmalarını zəiflətməkdən daha çox, İŞİD əleyhinə kürd qrupların irəliləməsinin qarşısını aldı.
Bildirilir ki, Türkiynin suriyalı kürdlərlə düşmənçiliyinin əsas səbəbi Suriyanın şimalında PKK üzvlərinin dövrü iştirakıdır. Bu məsələ Türkiyənin Suriya kürdlərinə həddindən artıq bədbin olması ilə nəticələnib və heç bir şəraitdə onları öz sərhədləri yaxınlığında görmək istəmir. Digər tərəfdən Türkiyə və Yaxın Şərq məsələləri üzrə ekspert Rza Solətin qənaətincə, Türkiyə və Ərdoğan hökumətinin Suriya kürdlərinə sərt şəkildə qarşı çıxması PKK ilə beynəlxalq mübarizə şüarı istiqamətində Ərdoğan üçün münasib təbliğat mexanizminə çevrilib və Ərdoğan hökumətinin bu vasitə ilə hətta ölkə sərhədlərindən kənarda PKK ilə mübarizəyə hazır olduğunu əks etdirməsinə səbəb olub.
Bəlkə də elə buna görədir ki, Türkiyə xarici işlər naziri ABŞ rəsmilərinin açıqlamalarını ziddiyyətli, yalan və ikili oyun hesab edir.