Türkiyə hərbi təyyarəsinin qəzaya uğramasında iki nəfər ölüb
Fev 16, 2018 11:22 Asia/Baku
Türkiyənin qərbində hərbi təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.
İRİB-in məlumatına görə, İzmir vilayətinin Çığlı blgəsində Türkiyənin hərbi təlim təyyarəsinin qəzaya uğraması nəticəsində hər iki pilot ölüb.
İzmir vilayətinin 20ci bazasından təlim məqsədilə havaya qalxan Türkiyənin hərbi təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb.
Türkiyə Kütləvi İnformasiya Vasitələri təyyarənin qəzaya uğramasının səbəbinə toxunmayıblar.
Teqlər