Türkiyədə ABŞ əleyhinə yürüş keçirilib
Türkiyə vətəndaşları ABŞ-ın regiondakı ekspansionist və militarist siyasətləri əleyhinə paytaxt Ankara şəhərində yürüş keçiriblər.
Associated Pressin məlumatına görə, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Reks Tillersonun Ankarada müzakirələrinin başlanması ilə eyni vaxtda, Türkiyə Kütləvi İnformasiya Vasitələri ABŞ-ın YPG-yə dəstəyinə etiraz əlaməti olaraq müzakirələrin keçirildiyi məkana doğru yürüş keçirildiyini bildiriblər.
Əllərində Türkiyə bayrağını tutan etirazçılar şüarlar səsləndirərək ABŞ-ın YPG-yə dəstəyinə etiraz ediblər.
Reks Tillerson bu gün cümə günü Ankarada Mövlud Çavuşoğlu ilə görüşərək iki ölkə münasibətlərində gərginliyin azaldılması yolları haqda danışıqlar aparıb.
ABŞ-ın YPG, PYD və PKK-ya dəstəyi Türkiyə və Birləşmiş Ştatların münasibətlərində gərginliyə səbəb olub.