Fev 20, 2018 10:18 Asia/Baku
  • ABŞ səfirliyinin yerləşdiyi küçənin adına Zeytun Budağı verildi

Türkiyə Ankarada ABŞ səfirliyinin yerləşdiyi küçəyə bu ölkənin Afrin bölgəsində keçirdiyi əməliyyatın adını verib.

Associated Pressin məlumatına görə, Ankarada ABŞ səfirliyinin yerləşdiyi küçəyə Zeytun Budağı adı verilib. Bu isə Tükriyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi əməliyyatın adıdır. 

Ankara meri Mustafa Tuan ötən həftə bildirib: Şəhər Şurasına Nevzat Tandoğan küçəsinin adının Zeytun Budağı adına dəyişilməsi təklifi verilib. 

Ankara meri əlavə edib: ABŞ səfirliyinin yerləşdiyi küçəyə Zeytun Budağı adının verilməsi bu əməliyyatda həlak olanların fədakarlığının hörmət xatirinədir. 

Türkiyə 20 yanvarda Suriya ərazisində PKK, PYD və YPG qruplarına qarşı hərbi əməliyyata başlayıb. 

Ankara bu qrupları ABŞ-ın dəstəyinə malik terrorçular hesab edir. 

Teqlər