Ərdoğan NATO ilə mübarizə üçün xüsusi qüvvə təşkil etməyi planlaşdırır
https://azeri.sahartv.ir/news/türkiyə-i296251-Ərdoğan_nato_ilə_mübarizə_üçün_xüsusi_qüvvə_təşkil_etməyi_planlaşdırır
Türkiyə prezidentinin ali müşaviri deyib: Türkiyə hökuməti qərb və NATO koalisiyasının Türkiyədə ehtimal olunan müdaxiləsi ilə qarşılaşmaq üçün müstəqil ordu təşkil etməyi planlaşdırır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 20, 2018 06:56 Asia/Baku
  • Ərdoğan NATO ilə mübarizə üçün xüsusi qüvvə təşkil etməyi planlaşdırır
    Ərdoğan NATO ilə mübarizə üçün xüsusi qüvvə təşkil etməyi planlaşdırır

Türkiyə prezidentinin ali müşaviri deyib: Türkiyə hökuməti qərb və NATO koalisiyasının Türkiyədə ehtimal olunan müdaxiləsi ilə qarşılaşmaq üçün müstəqil ordu təşkil etməyi planlaşdırır.

Fars Xəbər Agentliyinin məlumatına görə, Yaqut Bulut ötən gün NATO-ya üzv ölkələrin Türkiyə hökumətinin müxalifləri, o cümlədən PKK-nı dəstəklədiyini bəyan edərək deyib: Türkiyə öz hərbi təchizatını gücləndirməlidir. Çünki PKK-ya üç milyard dollar dəyərində silah verən NATO-ya üzv ölkələr bəlkə də bir gün Türkiyəyə hücum edə bilərlər. 

Ərdoğanın ali müşaviri deyib: Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksinin satın almasının səbəblərindən biri də belə ehtimal olmuşdur. 

Bundan öncə Almaniya da Türkiyənin Avropa ilə gərginliklərinin artması ardınca, Ankaranı NATO-dan çıxmaqda hədələmişdi. 

Qeyd edək ki, Türkiyə Şimali Atlantik Alyansı NATO-ya üzvdür.