Türkiyə ordusu Suriyanın şimalında kürd yarımhərbçilərin tələfatı haqda statistika verib
https://azeri.sahartv.ir/news/türkiyə-i297009-türkiyə_ordusu_suriyanın_şimalında_kürd_yarımhərbçilərin_tələfatı_haqda_statistika_verib
Türkiyə ordusu bildirib ki, bu ölkə ordusunun Suriyanın şimalındakı Afrin şəhərində keçirdiyi əməliyyatda kürd yarımhərbçilərin tələfatı iki min nəfəri ötüb keçibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 26, 2018 17:54 Asia/Baku
  • Türkiyə ordusu Suriyanın şimalında kürd yarımhərbçilərin tələfatı haqda statistika verib
    Türkiyə ordusu Suriyanın şimalında kürd yarımhərbçilərin tələfatı haqda statistika verib

Türkiyə ordusu bildirib ki, bu ölkə ordusunun Suriyanın şimalındakı Afrin şəhərində keçirdiyi əməliyyatda kürd yarımhərbçilərin tələfatı iki min nəfəri ötüb keçibdir.

Türkiyə ordusunun baş qərargahı bu gün bir bəyanatda bildirib ki, Türkiyənin ötən sutka ərzində Afrinə qarşı hava hücumlarında 41 YPG üzvünün öldürülməsilə kürd yarımhərbçilərin bu əməliyyatın əvvəlindən bəri olan tələfatı 2059 nəfərə çatıbdır.

Belə bir halda, bildirilib ki, Türkiyə polisinin xüsusi bölmələri bu gündən etibarən, "Zeytun budağı" əməliyyatının şəhər mərhələsinə Kilis vilayətindəki Gülbaba və Hatay vilayətindəki Hissə sərhəd keçidləri vasitəsilə başlayıb və Suriyanın şimalındakı Afrin şəhərinə daxil olublar.

Türkiyə ordusunun bu ölkə sərhədlərində sabitlik və təhlükəsizliyi gücləndirmək bəhanəsilə keçirdiyi "Zeytun budağı" əməliyyatı 2018-ci il yanvarın 20-də Suriyanın şimalındakı Afrin şəhərində başlanıbdır.

Rəsmi Dəməşq bu hücumları Suriya ərazisinə qarşı aşkar təcavüz adlandıraraq, onu pisləyibdir.