Türkiyə ordusunun Afrinə hücumunda səkkiz mülki öldürülüb
-
Türkiyə ordusunun Afrinə hücumunda səkkiz mülki öldürülüb
Türkiyə qüvvələrinin Suriyanın şimalındakı Afrin şəhərinə qarşı hücumlarının davamında daha səkkiz suriyalı mülki öldürülüb.
Türkiyə qüvvələri və onun tabeliyində olan muzdurlar bu gün Afrininn "Cendris" məntəqəsində bir qrup sivili daşıyan avtomobili artilleriya atəşinə tutublar. Nəticədə səkkiz suriyalı mülki ölüb və əksəriyyəti qadın və uşaq olan on iki nəfər də yaralanıbdır.
Türkiyə ordusunun Şəran və Cendris məntəqələrinə qarşı hava hücumları da evlərin və ictimai məkanların dağılmasına baiz olubdur.
Həmçinin Türkyə qüvvələrinin Afrin məntəqələrinə qarşı dünənki artilleriya hücumlarında 35 sivil öldürülüb, səkkiz nəfər də yaralanıbdır.
Belə bir halda, Türkiyə ordusu iddia edibdir ki, strateji Afrindəki Raco məntəqəsini nəzarətə alıbdır.
Türkiyə ordusunun Afrinə qarşı "Zeytun budağı" əməliyyatı Türkiyə sərhədlərinin sabitliy və təhlükəsizliyini gücləndirmək bəhanəsilə 2018-ci il yanvarın 20-dən başlanıb.
Bu hücumlar yüzlərlə məktəbin bağlanması, infrastrukturların, xüsusən su motorxanaları, elektrik stansiyaları və tarixi abidələrin dağılmasından əlavə, çoxlu sayda suriyalı mülkinin həyatını itirməsinə və yüzlərlə nəfərin də yaralanmasına bais olubdur.
Rəsmi Dəməşq bu hücumları Suriya torpağına qarşı aşkar hücumlar adlandırıb və onu pisləyibdir.