Türkiyə ordusu Suriya ilə sərhəd məntəqəyə yeni hərbi qüvvə göndərib
https://azeri.sahartv.ir/news/türkiyə-i297619-türkiyə_ordusu_suriya_ilə_sərhəd_məntəqəyə_yeni_hərbi_qüvvə_göndərib
Türkiyə mətbuatı Suriya ilə sərhəd məntəqəyə əlavə hərbi qüvvənin göndərilməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 04, 2018 18:00 Asia/Baku
  • Türkiyə ordusu Suriya ilə sərhəd məntəqəyə yeni hərbi qüvvə göndərib
    Türkiyə ordusu Suriya ilə sərhəd məntəqəyə yeni hərbi qüvvə göndərib

Türkiyə mətbuatı Suriya ilə sərhəd məntəqəyə əlavə hərbi qüvvənin göndərilməsindən xəbər verib.

Türkiyədə çıxan "Yurt" qəzetinin yazdığına görə, ağır hərbi texnika, tank və hərbçi daşıyan 100-dən çox yük maşını Suriya ilə sərhəd məntəqəyə göndərilib. Bu yeni qüvvələr Suriyanın şimalında həyata keçirilən "Zeytun Budağı" əməliyyatı çərçivəsində sərhəd məntəqəyə göndərilib. 

Yeni hərbi dəstək güclü təhlükəsizlik tədbirləri altında Kilisə daxil olub və Suriya ilə sərhəd məntəqədə yerləşən hərbi hissəyə göndəriləcək. 

Türkiyə ordusu baş qərargahı dünən Türkiyə silahlı qüvvələrinin Afrində  7 yaşayış məntəqəsinə nəzarəti ələ keçirdiklərini bildirib. 

ABŞ tərəfindən himayə olunan kürd yaraqlıları isə Racu məntəqəsinin Türkiyə silahlı qüvvələrinin nəzarəti altına keçməsi xəbərini təkzib ediblər.