ABŞ-ın Ankara səfirliyi bağlanıb
Mart 05, 2018 11:14 Asia/Baku
-
ABŞ-ın Ankara səfirliyi bağlanıb
Amerikanın Ankaradakı səfirliyi bir bəyanat yayaraq təhlükəsizlik təhdidlərinə görə bu gün üçün bu səfirliyin fəaliyyətinin dayandırıldığını bildirib.
Bəyanatda deyilir: Amerika vətəndaşlarının diqqətinə çatdırılır ki, ABŞ-ın Ankaradakı səfirliyi təhlükəsizlik təhdidinə görə 2018-ci il 5 mart günündə bağlı olacaq və səfirlik öz fəaliyyətini yenidən başladıqda bəyanatla elan edəcək. ABŞ səfirliyi Ankaradakı Amerika vətəndaşlarını səfirlik binasına və digər izdihamlı məkanlara yaxınlaşmamağa, turistik yerlərə baxış keçirmək, alış-veriş mərkəzlərində eləcə də idman və əyləncə yerlərində olmaq istəyərkən ehtiyatlı olmağa çağırıb.