Türkiyə Zeytun Budağı əməliyyat bölgəsinin yarısını nəzarətə götürdüyünü bildirir
-
Türkiyə Zeytun Budağı əməliyyat bölgəsinin yarısını nəzarətə götürdüyünü bildirir
Türkiyə baş nazirinin müavini və hökumətin sözçüsü iddia edib ki, Suriyanın şimal-qərbində əməliyyat bölgəsinin yarısı Türkiyənin nəzarətindədir.
Türkiyənin Anadolu İnformasiya Agentliyinin məlumatına görə, Bekir Bozdağ deyib: Zeytun Budağı əməliyyatı başlandığı zamandan terrorçuların tələfatı 2 min 795 nəfərə çatıb.
Anadolu İnformasiya Agentliyi həmçinin Afrinin şimal-qərbində Şəran qəsəbəsi ətrafındakı kəndlər, İdlib vilayətində Cnidersin tabiliyində olan Qəribə kəndinin Türkiyə hərbçiləri və "Azad Suriya Ordusu" adlanan qüvvələrin nəzarətində olduğunu bildirib.
Türkiyə ordusunun Suriyanın şimalında Hələb vilayətinin Afrin şəhərində kürd qüvvələrə qarşı Zeytun Budağı adlı hərbi əməliyyatı 20 yanvarda başlayıb.
Suriya Xarici İşlər Nazirliyi Türkiyə ordusu qüvvələrinin Afrinə hücumunu pisləyib və Türkiyənin bu hərəkətini Suriyanın milli hakimiyyətinin pozulması adlandırıb.