Afrin ətrafındakı kəndlərdən mühacirət artıbdır
https://azeri.sahartv.ir/news/türkiyə-i297993-afrin_ətrafındakı_kəndlərdən_mühacirət_artıbdır
Türkiyənin və onun tabeliyində olan qrupların Afrinə və onun ətrafındakı məntəqələrə qarşı hücumlarının şiddətlənməsi kənd sakinlərinin mühacirətinin artmasına səbəb olubdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 08, 2018 13:03 Asia/Baku
  • Afrin ətrafındakı kəndlərdən mühacirət artıbdır
    Afrin ətrafındakı kəndlərdən mühacirət artıbdır

Türkiyənin və onun tabeliyində olan qrupların Afrinə və onun ətrafındakı məntəqələrə qarşı hücumlarının şiddətlənməsi kənd sakinlərinin mühacirətinin artmasına səbəb olubdur.

Türkiyə ordusunun və onun tabeliyində olan azad ordu ünsürlərinin irəliləyişlərinin ardınca məntəqə sürətli və geniş dəyişikliklərin şahididir. Onlar Afrinin bəzi şərq məntəqələrini öz hökmranlıqları altına alıblar və beləliklə, Nəbəl tərəfindən Afrinə yardımın çatdırılması yollarından biri bağlanıbdır.

Bundan əlavə, Türkiyə ordusunun ötən iki gündəki irəliləyişlərinin ardınca əhalinin məntəqəki kəndlərdən mühacirəti artıbdır. Türkiyə ordusunun qırıcıları da dünən Afrinin ətrafındakı məntəqələri hücuma məruz qoyublar. Afrində insani durum ağırdır və bəzi şəxslər öz evlərini tərk etdikdən sonra əkin sahələrində çadır qurublar.