Çavuşoğlu: "Zeytun Budağı" əməliyyatı 3 aya kimi yekunlaşa bilər
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə ordusunun Suriyanın şimalında həyata keçirdiyi "Zeytun Budağı" əməliyyatının 3 aya kimi yekunlaşması ehtimalından xəbər verib.
İRNA-nın məlumatına görə, Mövlud Çavuşoğlu cümə axşamı Vyanada Avstryalı həmkarı ilə görüşdükdən sonra, Türkiyə ordusunun Suriyanın şimalında həyata keçirdiyi "Zeytun Budağı" əməliyyatı barədə deyib: Bizim proqnozlarımıza əsasən Suriyanın şimalında terrorçulara qarşı əməliyyat 3 aya kimi yekunlaşmalıdır.
Türkiyənin xarici işlər naziri həmçinin deyib: "Zeytun Budağı" əməliyyatının ardınca İraq hökumətinin iştirakı ilə bu ölkənin şimalında PKK terrorçularına qarşı birgə əməliyyat başladılacaq.
Türkiyə ordusu 20 yanvar tarixində Suriyanın şimalında ABŞ tərəfindən himayə olunan terrorçulara və kürd yaraqlılarına qarşı hərbi əməliyyata başlayıb. "Zeytun Budağı" adlandırılan bu əməliyyat çərçivəsində indiyə kimi 3 mindən çox yaraqlının zərərsizləşdirildiyi bildirilir.
Türkiyə bu əməliyyatda əsas məqsədin Suriya ilə sərhəd məntəqələrdə təhlükəsizliyin təmin edilməsi və ABŞ tərəfindən silahlandırılan və himayə edilən kürd yaraqlılarıına qarşı mübarizənin aparılması olduğunu bildirib.
ABŞ Suriyanın şimalında terrorçular və kürd yaraqlılarını himayə etmək və onları silahlandırmaqla Suriyanı parçalamaq və regionda yeni bir İsrail yaratmaq istəyir.