Afrində 2 Türkiyə hərbçisi ölüb
Suriyanın şimalında Afrin bölgəsində iki partlayışda Türkiyə ordusunun 2 hərbçisi və 3 suriyalı sivil ölüb.
Suriyanın rəsmi informasiya agentliyinin məlumatına görə, Türkiyə Ordusu Baş Qərargahı bir bəyanatda bildirib: Suriyanın şimalında Afrin bölgəsində hərbi əməliyyatda iştirak edən iki hərbçi çərşənbə axşamı günü partlayış nəticəsində həlak olub.
Türkiyə Ordusu Baş Qərargahı ötən cümə axşamı günü də bir bəyanatda Afrində bomba partlayışı nəticəsində üç hərbçisinin həlak olduğunu bildirmişdi.
Türkiyə ordusu ötən həftə bir bəyanatda Afrin bölgəsinin bütün kənd və qəsəbələrinin nəzarətə götürülməsi və kürd yaraqlıların bu bölgədən qovulduğunu bildirmişdi.
Suriya Xarici İşlər Nazirliyi Türkiyənin Afrində hərbi əməliyyat keçirməsini Suriyanın ərazi bütövlüyü və suverenliyinə qarşı hesab edir.