İran və Türkiyə arasında ticarət anlaşması sənədi imzalanıb
https://azeri.sahartv.ir/news/türkiyə-i300128-İran_və_türkiyə_arasında_ticarət_anlaşması_sənədi_imzalanıb
İran İslam Respublikası, Almaniya və Rusiyada Türkiyənin Əskişəhir sənaye zonasının ixracat ofisinin açılışı anlaşması bu ölkələrin nümayəndələrinin iştirakı ilə imzalanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 28, 2018 13:37 Asia/Baku
  • İran və Türkiyə arasında ticarət anlaşması sənədi imzalanıb

İran İslam Respublikası, Almaniya və Rusiyada Türkiyənin Əskişəhir sənaye zonasının ixracat ofisinin açılışı anlaşması bu ölkələrin nümayəndələrinin iştirakı ilə imzalanıb.

Anadolu İnformasiya Agentliyinin məlumatına görə, imzalanmış anlaşmaya əsasən, Əskişəhir sənaye bölgəsinin ixracat ofisləri İran, Almaniya və Rusiyada tezliklə fəaliyyətə başlayacaq. 

Əskişəhir sənaye zonasının rəhbəri Nadir Küpəli bu anlaşmanın imzalanması mərasimində sənədin imzalanmasında məqsədin Türkiyənin İran, Almaniya və Rusiyaya ixracat həcminin artırılması olduğunu bildirib.