Zibillikdən yığılan kitablar kitabxana oldu - Ankarada
https://azeri.sahartv.ir/news/türkiyə-i300686-zibillikdən_yığılan_kitablar_kitabxana_oldu_ankarada
Tükiyədə kitab dostu olan süpürgəçilər mədəni bir hərəkətdə zibil qutularına atılmış kitabları toplayaraq, onlardan bir kitabxana yaradıblar. Bu da insanlarda böyük maraq doğurub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 03, 2018 17:21 Asia/Baku
  • Zibillikdən yığılan kitablar kitabxana oldu - Ankarada
    Zibillikdən yığılan kitablar kitabxana oldu - Ankarada

Tükiyədə kitab dostu olan süpürgəçilər mədəni bir hərəkətdə zibil qutularına atılmış kitabları toplayaraq, onlardan bir kitabxana yaradıblar. Bu da insanlarda böyük maraq doğurub.

Şəhərdən bir qədər uzaqda, yaşıl yamaclı dağın ətəyində maraqlı bir məkan var. Bu məkan insanlara gündəlik qayğılarından bir qədər uzaqlaşmaq, sakit bir guşədə gözəl vaxt keçirmək imkanı verir.

Doğrudur. İlk baxışda insana xoş təəssürat bağışlamır. Axı, bura zibil maşınlarının qarajıdır. Amma, bu belə deyil. Əslində, bura mədəniyyətin yenidən doğulduğu, düşüncələrin yenidən həyata qaytarıldığı məkandır. Bir zamanlar əldən-ələ gəzən, sonra isə zibil qutularına atılan kitablara burada ikinci bir şans verilir. Ankaralı bələdiyyə işçiləri və süpürgəçilər son dərəcə dəyərli bir hərəkətdə, şəhər səviyyəsində zibil qutularına atılan kitabalrı toplayaraq, onları burada bir araya gətiriblər.

Süpürgəçilərdən biri deyir: “Biz kitabları zibillikdən toplayaraq, onları yenidən insanlar ilə bir araya gətiririk. Amma, çox yaxşı olardı ki, bu işi insanlar özləri görsünlər və kitabları zibilliyə tullamaq yerinə, onları başqalarının ixtiyarına versinlər. Kitabları zibilliyə atmaq olmaz. Axı kitab bilik, düşüncə deməkdir.”

Zibillikdən toplanan kitablar, indi kitabxana kimi istifadə edilən bu tarixi məkanda bir araya gətirilir. Süpürgəçilər insanların diqqətini bu kitabxanaya cəlb etmək üçün öz iş alətləri ilə musiqi belə icra edirlər.

Onlardan biri deyir: “Gündüzlər işimiz olan süpürgəçiliklə məşğul oluruq. İşimiz başa çatdıqdan sonra isə, dostlarımızla birlikdə yaratdığımız bu musiqi qrupunda musiqi parçaları ifa edirik. Musiqi alətlərimiz də elə iş alətləri və ya zibillikdən tapdığımız alətlərdən ibarətdir. Zibillikdən topladığımız kitablar ilk olaraq bir anbara toplanır. Daha sonra onları gigiyena qaydalarına uyğun şəkildə təmizləyirik. Hazırda kitabxanamızda siyasi, roman, tarix, dini və coğrafiya sahələri də daxil olmaqla  17 sahə üzrə kitab mövcuddur.”

Əlil olmasına baxmayaraq bu 21 yaşlı gəncin təşəbbüskarlığı süpürgəçilər məkanını Ankaranın mədəniyyət guşələrindən birinə çeviribdir. Hazırda məktəblilər, tələbələr, müəllimlər və adi insanlar da daxil olmaqla bu kitabxanaya müraciət edən insanların sayı heç də az deyil. Axı, hətta, böyük kitab mağazalarında belə tapa bilmədiyiniz kitablara burada rast gəlmək mümkündür.

Süpürgəçilərdən biri deyir: “Bəzən zibillərin kənarında qutulara qoyulmuş kitablara rast gəlirik. Onları atmağa əlimiz gəlmədiyi üçün toplamağa başladıq. Bu kitabxananı ilk olaraq 9 ay öncə 150 kitab ilə açdıq. İndi isə burda 8 mindən çox kitab var. Hazırda, kitabxanası olmayan məktəbləri kitabla təmin etmək niyyətindəyik.”

Bu gün burda minlərlə kitab var. Bunun səbəbi, onların öncəki sahiblərinin bu kitabların qədrini bilməməsidir. İndi isə, bu kompleksin rəhbərliyi bu kitabları, kitabxanaları olmayan məktəblərə hədiyyə etmək qərarına gəliblər. Heç şübhəsiz yeni sahibləri bu kitabların qədrini yaxşı biləcəklər.