Türkiyənin Osman Qazi Universitetində silahlı insident baş verib
https://azeri.sahartv.ir/news/türkiyə-i300910-türkiyənin_osman_qazi_universitetində_silahlı_insident_baş_verib
Türkiyənin Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Eskişehirdə, Osman Qazi Universitetində çıxan silahlı insident zamanı 4 nəfər həlak olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 05, 2018 15:10 Asia/Baku
  • Türkiyənin Osman Qazi Universitetində silahlı insident baş verib

Türkiyənin Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Eskişehirdə, Osman Qazi Universitetində çıxan silahlı insident zamanı 4 nəfər həlak olub.

Bu məlumata görə, Osman Qazı Universitetinin müəllimi rektor müavini, onun katibəsi, başqa bir universitet müəllimi və bir Universitet işçisini odlu silahdan atəş açaraq, qətlə yetirib.

Osman Qazi Universitetinin işçilərindən biri mediaya verdiyi açıqlamada baş vermiş hadisədə daha 3 nəfərin də yaralandığını deyib.

Bu məlumata görə, hadisəni törədən şəxs polisə təslim olub.

Hadisənin səbəbləri və hansı zəmində törədilməsi haqda hələ ki, məlumat verilmir.