Türkiyə ordusunun əməliyyatında 4 PKK-çı öldürülüb
https://azeri.sahartv.ir/news/türkiyə-i300954-türkiyə_ordusunun_əməliyyatında_4_pkk_çı_öldürülüb
Türkiyə təhlükəsizlik qüvvələrinin ölkənin cənub-şərqində keçirdiyi son əməliyyatda PKK yaraqlılarından dörd nəfər öldürülüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 06, 2018 04:28 Asia/Baku
  • Türkiyə ordusunun əməliyyatında 4 PKK-çı öldürülüb

Türkiyə təhlükəsizlik qüvvələrinin ölkənin cənub-şərqində keçirdiyi son əməliyyatda PKK yaraqlılarından dörd nəfər öldürülüb.

Anadolu İnformasiya Agentliyinin Ankaradan verdiyi məlumata görə, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı cümə axşamı gecə bir bəyanatda bildirib: Türkiyə Hərbi Hava Qüvvələrinin dəstəyi ilə Şırnak vilayətində keçirilən təhlükəsizlik qüvvələrinin əməliyyatında 4 PKK üzvü öldürülüb. 

Məlumata görə, bu əməliyyatda yaraqlıların təchizatına ciddi zərbələr endirilib.