Bilkent sərgisində İran aktiv iştirak edib
-
Bilkent sərgisində İran aktiv iştirak edib
Xalqların Mədəniyyəti sərgisi bazar günü Ankarada təhsil alan iranlı və digər xarici tələbələrin iştirakı ilə Bilkent Universitetində keçirilib.
İRNA-nın məlumatına görə, bu mədəniyyət sərgisində İran İslam Respublikasının Türkiyədəki səfirliyinin mədəniyyət mərkəzi Ankarada təhsil alan iranlı tələbələrin əməkdaşlığı ilə İranın zəngin mədəniyyət və sivilizasiyasının bir hissəsini əks etdirib.
Bu festivalda İranşünaslıq, İran-İslam mədəniyyətini əks etdirən büroşuralar daxil olmaqla mədəniyyətin müxtəlif məhsulları sərgi iştirakçılarına təqdim olunub.
Bu sərgi keçirilərkən İranın ənənəvi yeməkləri bişirilib və tələbələr və iştirakçılar arasında paylanıb.
Dünyanın 25 ölkəsindən tələbələrin iştirakı ilə keçirilən bu sərgidə Bilkent Universitetinin rektoru pavilyonlara, o cümlədən İran pavilyonu ilə tanış olub və İran İslam Respublikasının bu sərgidə aktiv iştirakını alqışlayıb.
İranın Türkiyədəki səfirliyinin mədəniyyət attaşesi Hüseyn Səfərxani də sərgi pavilyonlarına baş çəkərkən bu addımı önəmli adlandırıb və deyib: Tələbələrin başqa xalqların mədəniyyəti ilə tanışlığı böyük addımlardandır. Xalqlar arasında dostluğun davam etməsi ilə yanaşı cəmiyyətlərin interqrasiyası və əməkdaşlığının artmasına səbəb olur.