Türkiyə xarici işlər naziri terrorçuların Suriya ərazisindən çıxarılmasını vurğulayıb
https://azeri.sahartv.ir/news/türkiyə-i304750-türkiyə_xarici_işlər_naziri_terrorçuların_suriya_ərazisindən_çıxarılmasını_vurğulayıb
Türkiyə xarici işlər naziri Suriyada Türkiyənin ərazi bütövlüyü və milli təhlükəsizliyini hədələyən İŞİD terror qruplaşması kimi terror qruplaşması ünsürlərinin çıxarılmasını vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 29, 2018 08:41 Asia/Baku
  • Türkiyə xarici işlər naziri terrorçuların Suriya ərazisindən çıxarılmasını vurğulayıb

Türkiyə xarici işlər naziri Suriyada Türkiyənin ərazi bütövlüyü və milli təhlükəsizliyini hədələyən İŞİD terror qruplaşması kimi terror qruplaşması ünsürlərinin çıxarılmasını vurğulayıb.

Anadolu İnformasiya Agentliyinin məlumatına görə, Mövlud Çavuşoğlu İran İslam Respublikası və Rusiya Federasiyası xarici işlər nazirləri Məhəmməd Cavad Zərif və Sergey Lavrovla Moskvada birgə mətbuat konfransında Suriya böhranı haqda məsləhətləşmələrin intensivləşdirilməsini qeyd edərək deyib: Qərbin dəstəklədiyi terror qruplaşmaları Suriyadan çıxarılmalıdır. Çünki bu qruplar regionu hədələyən amildir. 

O həmçinin YPG və PKK silahlı qruplaşmaları haqda deyib: ABŞ-ın dəstəklədiyi YPG və PKK İŞİD terror qruplaşması kimi Suriya ərazisini tərk etməlidir. 

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu mətbuat konfransında həmçinin Suriyada hər hansı hərbi həll yolunu qeyri-qanuni adlandırıb.