Türkiyədə həbslər davam edir
-
Türkiyədə həbslər davam edir
Türkiyənin təhlükəsizlik xidməti bu ölkənin polislərindən onlarla nəfəri Gülən qrupuna üzvlük və uğursuz 2016-cı il 15 iyul çevrilişi amillərilə əlaqədə olmaq ittihamı ilə həbs edib.
Ankara prokurorluğu Gülən qrupu ilə əlaqədə olmaq ittihamı ilə bu ölkənin polis işçilərindən 45 nəfərin həbs edilməsi hökmünü verib.
Bu şəxslərdən 32 nəfəri Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən eyni zamanda Ankara, Sparta və İzmir şəhərlərində icra olunan əməliyyat zamanı həbs olunub.
Türkiyənin təhlükəsizlik qüvvələrinin daha on üç nəfərin həbsi üzrə əməliyyatı davam edir.
Türkiyənin dövlət rəsmiləri Gülən qrupu ilə əlaqədə olan şəxslərin sayını təqribən 170 nəfər elan ediblər və bildiriblər ki, həmin şəxslər birbaşa və ya dolayısı ilə uğursuz 2016-cı il 15 iyul çevrilişində rol oynayıblar.