Türkiyədə müxalifət koalisiya təşkil etdi
-
Türkiyədə müxalifət koalisiya təşkil etdi
Türkiyə dövlətinin 4 əsas müxalifət partiyası növbədənkənar parlament və prezident seçkilərində hakim Ədalət və İnkişaf Partiyası ilə rəqabət aparmaq üçün koalissiya yaratdıqlarını rəsmən elan ediblər.
İRİB-in verdiyi məlumata görə, həmin partiyaların dünən Türkiyənin seçki komissiyası rəsmilərinə təqdim etdikləri protokol əsasında bu koalissiya Respublikaçı Xalq Partiyası, İyi Partiyası, Səadət Partiyası və Demokrat Partiyasını əhatə edir.
Bu 4 müxalif partiyanın birləşməsi sadəcə növbədənkənar parlament seçkiləri ilə əlaqədardır. Bu partiyalardan üçü prezident seçkiləri üçün öz namizədlərini təqdim etmək qərarına gəliblər.
Xalqların Demokratik Partiyası isə cümə günü prezident seçkiləri üçün Səlahəddin Dəmirtaşın namizədliyini təqdim edib. Hakim partiya 16 ildir parlamentdə əksəriyyətə malikdir. Bu partiya növbəti seçkilər üçün Milli Hərəkət Partiyası ilə birləşib.
Respublikaçı Xalq Partiyası cümə günü Məhərrəm İncəni prezident seçkilərinə namizəd təqdim edib.
Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri 24 iyunda keçiriləcək.