Ankara Rusiyadan S-400 raketlərinin vaxtında alınacağını bildirib
-
Ankara Rusiyadan S-400 raketlərinin vaxtında alınacağını bildirib
Türkiyənin müdafiə sənayesinin başçısı Rusiyadan S-400 raketlərinin zaman cədvəli əsasında satın alınacağından xəbər verib.
İSNA-nın verdiyi məlumata görə, İsmayıl Dəmir bu gün bildirib ki, Türkiyə ilə Rusiya arasında S-400 raketlərinin satın alınması barədə razılaşmanın çərçivəsi bəllidir və bu razılaşmanın icrası qarşısında heç bir problem yoxdur.
Dəmir ABŞ-ın S-400 raketlərinin satın alınmasına görə Türkiyəyə qarşı sanksiyaları barədə yayılan məlumatlara münasibət bildirərək deyib: Türkiyə və Rusiya Amerikanın bəyanatlarına baxmayaraq bu barədə dəyişməz qərar qəbul ediblər.
Türkiyə ABŞ-ın bu ölkəyə silah satışından imtina etdiyi şəraitdə Suriyanın yaraqlı kürdlərinə silah və hərbi sursat göndərməsindən gileylidir.
Rusiya ilə Türkiyə arasında S-400 raketlərinin satın alınması barədə müqavilə 2017-ci il dekabrda imzalanıb.