Türkiyədə prezidentliyə 6-cı namizədin kimliyi də məlum oldu
https://azeri.sahartv.ir/news/türkiyə-i306676-türkiyədə_prezidentliyə_6_cı_namizədin_kimliyi_də_məlum_oldu
Vətən Partiyasının başqanı Doğu Perincək də 120 min imza toplayaraq adını Türkiyədə keçiriləcək prezident seçkiləri namizədləri siyahısına daxil edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 10, 2018 08:57 Asia/Baku
  • Türkiyədə prezidentliyə 6-cı namizədin kimliyi də məlum oldu

Vətən Partiyasının başqanı Doğu Perincək də 120 min imza toplayaraq adını Türkiyədə keçiriləcək prezident seçkiləri namizədləri siyahısına daxil edib.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Vətən Partiyasının sədri Doğu Perincək cümə axşamı prezidentliyə namizədlərin adlarının qeydə alınması üçün təyin edilmiş müddətin son saatlarına kimi 120 min imza toplamağa və adının prezidentliyə 6-cı namizəd kimi qeydə alınmasına nail olub. Bundan öncə İyi Partiyasının başqanı Maral Akşənər 251 min və Cümhuriyyət Xalq Partiyasının başqanı Kamal Kılıçdaroğlu 164 min imza toplayaraq, adlarını prezidentliyə namizədlər siyahısına daxil etməyi bacarmışdılar.

Türkiyənin hazırkı prezidenti Rəcəb Təyyib Ərdoğan, Cühmuriyyət Xalq Partiyasından Məhərrəm İncə və Xalqların Demokratik Partiyasının sədri Səlahəddin Dəmirtaş prezident seçkilərinin digər namizədləridirlər. Türkiyədə vaxtından əvvəl prezident seçkiləri 24 iyunda keçiriləcək.