Ərdoğan: Qüds Fələstinin paytaxtıdır
May 15, 2018 00:56 Asia/Baku
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan deyib: Qüdsün işğalçı sionist rejimin paytaxtı kimi təqdim edilməsi üzrə bütün səylərə rəğmən, Qüds daim Fələstinin paytaxtı olub, bundan sonra da belə olacaq.
Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Rəcəb Təyyib Ərdoğan dünən Londonda etdiyi çıxışında ABŞ hökumətinin bu ölkənin İsraildəki səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı qərarını tənqid edib və deyib: BMT-nin Baş Assambleyasında 128 ölkə bu qərara qarşı gəldi.
Ərdoğan həmçinin deyib: Bəzi ölkələr aldıqları qrantların müqabilində Vaşinqtonun mövqeyini dəstəkləyiblər.
ABŞ hökuməti bu gün İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürüb.