Putin: ABŞ Türkiyəyə S-400 almasını qadağan edə bilməz
https://azeri.sahartv.ir/news/türkiyə-i309766-putin_abŞ_türkiyəyə_s_400_almasını_qadağan_edə_bilməz
Rusiya prezidenti şənbə günü deyib: ABŞ-ın Türkiyəyə S-400 almasını qadağan etmək kimi bir haqqı yoxdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 27, 2018 08:08 Asia/Baku
  • Putin: ABŞ Türkiyəyə S-400 almasını qadağan edə bilməz

Rusiya prezidenti şənbə günü deyib: ABŞ-ın Türkiyəyə S-400 almasını qadağan etmək kimi bir haqqı yoxdur.

İRNA-nın məlumatına görə, Vladimir Putin ABŞ-ın S-400 məsələsində Türkiyəyə təzyiq göstərməsini qeyri-qanuni adlandırıb. 

Türkiyəyə S-400 zenit raket kompleksinin satılması üzrə müqavilə 2017-ci ilin dekabrında imzalanıb. 

Rusiyanın Müdafiə Silahları İxracatı Dövlət Şirkətinin rəisi Türkiyənin sifariş etdiyi S-400 zenit raket kompleksinin istehsalına başlanmasından xəbər verib. 

Aleksandr Mixev Türkiyəyə S-400 zenit raket kompleksinin satışı ilə bağlı müqavilənin artıq icra mərhələsində olduğunu bildirib və deyib: Rusiya öz öhdəliklərinə sadiqdir. 

S-400 zenit raket qurğuları eyni anda 72 raketi atəş etməyə və 5-60 km məsafədə və 2-27 km hündürlükdə olan taktiki və ballistik raketləri vurmağa qadirdir. S-400 hazırda dünyanın ən müasir raket müdafiə sistemi sayılır. 

ABŞ Türkiyəyə Rusiyadan S-400 alacağı təqdirdə Vaşinqtonun sanksiyaları ilə üzləşəcəyi barədə xəbərdarlıq edib.