May 31, 2018 12:36 Asia/Baku
  • Türkiyə ABŞ-a xəbərdarlıq etdi

Türkiyənin xarici işlər naziri "İncirlik" bazasını bağlamaq və bu ölkənin "İncirlik" bazasına girişini önləmək ilə təhdid etdi.

Sputnik-in verdiyi məlumata görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çərşənbə günü deyib: Əgər Amerika Türkiyə ilə bağlı mövqeyinə düzəliş etməzsə, Ankara Vaşinqtonun "İncirlik" hava bazasına girişini önləyəcək. 

Çavuşoğlu Vaşinqtonun Türkiyənin ABŞ-dan satın aldığı F-35 qırıcılarını Ankaraya təhvil verməməsi üçün hansısa səbəbin olmadığını deyərək, əlavə edib: Əgər bu baş verərsə, Ankara öz ehtiyaclarını başqa yerdən təmin edə bilər. 

Türkiyənin xarici işlər naziri həmçinin, bu ölkə xalqının İncirlik hava bazasının bağlanılmasını istədiyini, buna görə də ABŞ-ın öz rəftarlarına diqqət etməli olduğunu, Türkiyə qarşısında yanlış addımlar atmaqdan çəkinməsini deyib. 

ABŞ hava qüvvələrinin təqribən 5 min personeli və onların ailə üzvləri Türkiyənin Adana şəhərindəki İncirlik hava bazasında yerləşib. 

Teqlər