Türkiyə Mənbicdəki kürd yaraqlıların tərksilahı barədə Amerika ilə razılaşıb
https://azeri.sahartv.ir/news/türkiyə-i311268-türkiyə_mənbicdəki_kürd_yaraqlıların_tərksilahı_barədə_amerika_ilə_razılaşıb
Türkiyənin xarici işlər naziri Vaşinqtonda özünün amerikalı həmkarı ilə görüşündə Suriyanın şimalında kürd yaraqlıların tərk silah edilməsi razılaşdırılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 06, 2018 12:46 Asia/Baku
  • Türkiyə Mənbicdəki kürd yaraqlıların tərksilahı barədə Amerika ilə razılaşıb
    Türkiyə Mənbicdəki kürd yaraqlıların tərksilahı barədə Amerika ilə razılaşıb

Türkiyənin xarici işlər naziri Vaşinqtonda özünün amerikalı həmkarı ilə görüşündə Suriyanın şimalında kürd yaraqlıların tərk silah edilməsi razılaşdırılıb.

İSNA-nın verdiyi məlumata görə, Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu iki gün öncə Vaşinqtonda Mayk Pompeo ilə görüşdən sonra deyib: Suriyanın xalq müdafiə bölmələrinin ərazidən çıxarılması barədə gözəçarpacaq razılıq əldə olunub. 

Türkiyənin XİN rəhbəri kür yaraqlıların Suriyanın şimalından çıxmasının üç mərhələli plan çərçivəsində olacağını bildirərək deyib: İlk mərhələdə tərəflər hazırlıq iclasları keçirəcək, ikinci mərhələdə kürd yaraqlılar ərazini tərk edəcək və üçüncü mərhələdə bölgəni kimin idarə etməli olduğu müəyyənləşəcək. 

Türkiyənin xarici işlər naziri deyib: Mənbicdə icra ediləcək yol xəritəsi sonra Suriyanın digər şəhərlərinə də tətbiq ediləcək. 

Çavuşoğlunun dediyinə görə, Amerika və Türkiyənin birgə yol xəritəsində kürd yaraqlılar Mənbici tərk etməlidirlər yoxsa Türkiyə Afrində olduğu kimi reaksiya verməli olacaq.