Ankara qərbin terrorizmə qarşı ikili siyasətini qınayıb
-
Ankara qərbin terrorizmə qarşı ikili siyasətini qınayıb
Türkiyə prezident aparatının sözçüsü qərb ölkələrinin terrorizmə qarşı ikili siyasətini qınayıb.
İRNA-nın verdiyi məlumata görə, Türkiyə prezident aparatının sözçüsü İbrahim Kalın Xəbər Türk telekanalına verdiyi müsahibədə deyib: Qərb dünyası bir tərəfdən onunla eyni istiqamətdə hərəkət edən terrorçulara yardım edir digər tərəfdən isə region ölkələri o sıradan Türkiyənin terrorçularla mübarizəsini repressiv hərəkət adlandırır.
Kalın qərb rəsmilərinin regiondakı bəzi terrorçu qruplara bəraət qazandırmaq cəhdlərinə toxunaraq deyib: Buna baxmayaraq onlar öz ölkələrində həmin qrupların təhlükəsi ilə üzləşərlərsə hərhansı təhlükəsizlik tədbirləri həyata keçirəcəklər.
Türkiyə prezident aparatının sözçüsü deyib: Ankara Avropanın ikili mövqelərini görməməzliyə vuraraq özünün Türkiyə və regionda terrorçulara qarşı mübarizəsini davam etdirir.