Ərdoğan: Türkiyə lazım gələrsə S-400 raketlərindən istifadə edəcək
-
Ərdoğan: Türkiyə lazım gələrsə S-400 raketlərindən istifadə edəcək
Türkiyə prezidenti deyib: Amerikadan yardım gözləməkdənsə lazım gələrsə S-400 raketlərindən istifadə edəcəyik.
Spotnikin verdiyi məlumata görə, Rəcəb Təyyib Ərdoğan deyib: Rusiyadan satın alınmış S-400 raketləri həmişəlik olaraq anbarlarda qalmayacaq və ehtimal olunan hücumla qarşılaşsaq Amerikanı gözləmək və hərbi cəhətdən ona etimad etməkdənsə bu silahlardan istifadə edəcəyik.
Ərdoğan deyib: Ankara bir neçə il Amerikadan oxşar raket sistemini Türkiyənin silahlı qüvvələrinə verməsini istədi ancaq ABŞ konqresi bu silahların Türkiyəyə verilməsinə qadağa qoydu.
Vaşinqton Ankaraya Rusiyadan S-400 raketləri alması barədə xəbərdarlıq edərək bunun iki ölkə arasında F-35 hərbi təyyarələrin satışı üzrə razılaşmaya mənfi təsir edəcəyini bildirmişdi. Türkiyə dövləti isə Amerikanın bu təhdidlərinə cavab olaraq bildirmişdi ki, Türkiyəyə qarşı sanksiya, 70 il üzvü olduğu NATO-ya üzv ölkələr arasındakı əlaqələrin ruhuna ziddir və Ankara-Vaşinqton əlaqələrini daha da gərginləşdirə bilər.