Türkiyə ordusu Suriyanın Mənbic məntəqəsində yerləşib
-
Türkiyə ordusu Suriyanın Mənbic məntəqəsində yerləşib
Yerli mənbələr Türkiyənin ordu qüvvələrinin Suriyanın şimalındakı Mənbic şəhərində yerləşmələrindən xəbər veriblər.
Ankara ilə Vaşinqton arasındakı son razılaşmanın ardınca Türkiyənin ordu qüvvələri bu gün Suriyanın Mənbic şəhərində öz patrul əməliyyatlarına başlayıblar.
Belə bir halda, Mənbic Hərbi Şurası Ankara ilə Vaşinqtonun Mənbic şəhərinin idarə olunması barədə razılaşmasını qəbuledilməz adlandırıb və bildirib ki, Türkiyənin bu şəhərdə hər cür hərbi iştirakı ilə müxalifdir.
Türkiyənin baş naziri Binalı Yıldırım son zamanlar bildirib ki, Ankara PKK, PYD və YPG üzvlərini Suriyanın şimalından çıxarmaq üçün Vaşinqton ilə doxsangünlük bir anlaşmaya gəlibdir.
Suriya kürdlərinin öz sərhədində iştirakı qarşısında mənfi baxışa malik olan Türkiyə kürd qüvvələri Suriyanın Afrin məntəqəsindən çıxardıqdan sonra dəfələrlə təhdid edibdir ki, öz əməliyyatını Mənbic şəhərinə doğru genişləndirəcəkdir.
Amerika Fransa kimi öz hərbi qüvvələrini Suriyanın Mənbic şəhərində yerləşdiribdir.