Türkiyə ABŞ-la ticarət savaşına girib
https://azeri.sahartv.ir/news/türkiyə-i314406-türkiyə_abŞ_la_ticarət_savaşına_girib
Ankara ABŞ-ın Türkiyədən idxal olunan məhsullara rüsumların artırılmasına reaksiyada Çin və Avropa Birliyi kimi Vaşinqtonla ticarət savaşını başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 21, 2018 12:49 Asia/Baku
  • Türkiyə ABŞ-la ticarət savaşına girib

Ankara ABŞ-ın Türkiyədən idxal olunan məhsullara rüsumların artırılmasına reaksiyada Çin və Avropa Birliyi kimi Vaşinqtonla ticarət savaşını başlayıb.

Röyters İnformasiya Agentliyinin məlumatına görə, Türkiyənin iqtisad naziri Nihat Zeybəkçi cümə axşamı günü bildirib: Ankara bu gündən polada əlavə rüsumlara görə, ABŞ əleyhinə 266 milyon dollar dəyərində qarşılıqlı iqtisadi addımları tətbiq edəcək. 

Zeybəkçi ABŞ-ın müxtəlif ölkələrlə ticarət savaşını qeyri-məntiqi və yorucu adlandıraraq deyib: Ankaranın Vaşinqton əleyhinə qarşılıqlı addımları 266 milyon dollar dəyərində idxal olunan müxtəlif məhsullar, o cümlədən avtomobil, sənaye avadanlıqları, neft-kimya məhsullarına şamil olur. 

ABŞ prezidenti Donald Tramp 6 martda qərara alıb ki, idxal olunan polad və alüminiuma müvafiq olaraq 25 və 10% əlavə rüsum tətbiq etsin. Bu qərar dünyanın müxtəlif ölkələri tərəfindən tənqid atəşinə tutulub və ticarət savaşına bənzədilib.