Türkiyədə fövqəladə vəziyyət ləğv oluna bilər
https://azeri.sahartv.ir/news/türkiyə-i314412-türkiyədə_fövqəladə_vəziyyət_ləğv_oluna_bilər
Türkiyə baş nazirinin müavini ölkədə fövqəladə vəziyyətin ləğv olunması ehtimalından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 21, 2018 13:34 Asia/Baku
  • Türkiyədə fövqəladə vəziyyət ləğv oluna bilər

Türkiyə baş nazirinin müavini ölkədə fövqəladə vəziyyətin ləğv olunması ehtimalından xəbər verib.

İRİB-in məlumatına görə, Məhəmməd Şimşək təxminən iki ildir davam edən fövqəladə vəziyyətə toxunaraq deyib: Artıq fövqəladə vəziyyətin davam etdirilməsi üçün səbəb yoxdur. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın gələn bazar günü seçkilərdən sonra bu vəzifədə olduğu halda fövqəladə vəziyyətin başa çatacağını bildirdiyinə toxunan Şimşək bu açıqlamanı önəmli adlandırıb və deyib: Türkiyə cənub sərhədlərində bütün terror dəhlizlərini məhv edib və uğursuz çevrilişi törədən Gülən qrupu ilə mübarizədə qələbəyə nail olmuşdur. 

Türkiyədə fövqəladə vəziyyət uğursuz dövlət çevrilişindən sonra 2016-cı ildə icra olundu. 

Türkiyə baş nazirinin müavini həmçinin dollar və avronun dəyərinin artmasını qlobal məsələ adlandırıb və deyib: Lirənin dəyərinin azalmasının daxili məsələlərlə əlaqəsi yoxdur və dünya bazarlarındakı mövcud nigaranlıqarın nəticəsidir.