Türkiyənin baş naziri bəzi seçki müşahidəçilərinin rəftarını qınadı
İyun 24, 2018 09:12 Asia/Baku
Türkiyənin baş naziri bu ölkədə keçirilən prezident və parlament seçkilərinə nəzarət edən bəzi avropalı müşahidəçilərin rəftarlarını tənqid edib.
Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Binəli Yıldırıma bəzi avropalı müşahidəçinin rəftarını tənqid edib və deyib: Onlar siyasi qrumların sözçüləri kimi kənar rəftarlara malikdirlər.
Türkiyə baş naziri heç kimin Türkiyədə keçirilən seçkilərlə bağlı sübhə yaratmaq haqqına malik olmadığını deyərək, əlavə edib: Bəzi xarici müşahidəçilərin məqsədi öz açıqlamaları ilə seçicilərin düşüncələrini qarışdırmaqdır.
Türkiyədə keçirilən parlament və prezident seçkilərinə 415 beynəlxalq müşahidəçi nəzarət edir.