Türkiyədə fövqəladə vəziyyətin ləğv olunması üzrə razılaşma əldə olunb
https://azeri.sahartv.ir/news/türkiyə-i315629-türkiyədə_fövqəladə_vəziyyətin_ləğv_olunması_üzrə_razılaşma_əldə_olunb
Türkiyə prezidenti və Milli Hərəkət Partiyasının sədri fövqəladə vəziyyətin ləğv edilməsi üzrə razılığa gəliblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 28, 2018 14:44 Asia/Baku
  • Türkiyədə fövqəladə vəziyyətin ləğv olunması üzrə razılaşma əldə olunb

Türkiyə prezidenti və Milli Hərəkət Partiyasının sədri fövqəladə vəziyyətin ləğv edilməsi üzrə razılığa gəliblər.

İSNA-nın məlumatına görə, Daily Sabah qəzeti cümə axşamı günü yazıb: Rəcəb Tayyib Ərdoğan və Dövlət Bağçalı iyul ayında üç aylıq dövrü başa çatdıqdan sonra, fövqəladə vəziyyətin müddəti uzadılmayacaq.

Rəcəb Tayyib Ərdoğan bundan öncə bildirmişdi ki, 24 iyun prezident seçkilərində qalib gəldiyi təqdirdə, 2016-cı il iyulda uğursuz dövlət çevrilişindən sonra tətbiq olunan fövqəladə vəziyyəti ləğv edəcək.

Türkiyədə 26-cı parlament seçkiləri və prezident üsul idarəsi çərçivəsində ilk prezident seçkiləri 24 iyunda keçirildi. Rəcəb Tayyib Ərdoğan 52,59% səs toplayaraq Türkiyə prezident seçkilərinin qalibi oldu.

Ədalət və İnkişaf Partiyası və Milli Hərəkət partiyasından ibarət Cümhur İttifaqı 26-cı parlament seçkilərində təxminən 53,58% səs topladı.