Türkiyə rəsmisi yeni nazirlər kabinetindən danışıb
İyun 29, 2018 11:05 Asia/Baku
-
Türkiyə rəsmisi yeni nazirlər kabinetindən danışıb
Türkiyə prezident aparatının sözçüsü deyib ki, bu ölkənin prezidenti yeni nazirlər kabinetinin üzvlərini iyulun 18-dən sonra təqdim edəcəkdir.
İbrahim Kalin bu gün bu xəbəri verərək, deyib: Türkiyə seçkilərinin rəsmi nəticələrinin təqdim olunmasından üç gün sonra bu ölkənin prezidenti Rəcəb Tayyıb Ərdoğan Türkiyənin yeni nazirlər kabinetinin üzvlərini təqdim edəcək.
O, əlavə edib: Türkiyə seçkiləri üzrə ali şura bu ölkənin prezident və parlament seçkilərinin yekun nəticələrini etirazların araşdırılması prosesi başa çatandan sonra, yəni iyulun beşində elan edəcək.
Teqlər