Türkiyə UNRWA-nın məsləhət komissiyasının dövri sədri seçildi
https://azeri.sahartv.ir/news/türkiyə-i316941-türkiyə_unrwa_nın_məsləhət_komissiyasının_dövri_sədri_seçildi
Türkiyə gələn bir il ərzində BMT-nin BMT Fələstinli Qaçqınlara Yardım və Əmək Təşkilatı UNRWA-nın məsləhət komissiyasının sədri olacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 08, 2018 16:18 Asia/Baku
  • Türkiyə UNRWA-nın məsləhət komissiyasının dövri sədri seçildi

Türkiyə gələn bir il ərzində BMT-nin BMT Fələstinli Qaçqınlara Yardım və Əmək Təşkilatı UNRWA-nın məsləhət komissiyasının sədri olacaq.

Pars Newsun verdiyi məlumata görə, Türkiyə Xarici İşlər Nazirliyi bildirib: Türkiyə gələn bir il ərzində BMT-nin BMT Fələstinli Qaçqınlara Yardım və Əmək Təşkilatı UNRWA-nın məsləhət komissiyasının sədri olacaq.

Bəyanatda əlavə olunub: 27 üzvü olan məsləhət komissiyası BMT-nin BMT Fələstinli Qaçqınlara Yardım və Əmək Təşkilatı UNRWA-nın ali komissarına kömək və tövsiyələr verəcək.

Qeyd edək ki, BMT-nin BMT Fələstinli Qaçqınlara Yardım və Əmək Təşkilatı UNRWA İordan çayının qərb sahili, Qəzzə zolağı, İordaniya, Livan və Suriyada təxminən 5,9 milyon fələstinliyə kömək edir.