Türkiyədə qatarın aşması hadisəsində ölənlərin sayı artıb
https://azeri.sahartv.ir/news/türkiyə-i316950-türkiyədə_qatarın_aşması_hadisəsində_ölənlərin_sayı_artıb
Türkiyənin qərbində sərnişin qatarının aşması hadisəsində ölənlərin sayı 24 nəfərə çatıb və təqribən 100 nəfər də bədən xəsarəti alıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 09, 2018 06:06 Asia/Baku
  • Türkiyədə qatarın aşması hadisəsində ölənlərin sayı artıb
    Türkiyədə qatarın aşması hadisəsində ölənlərin sayı artıb

Türkiyənin qərbində sərnişin qatarının aşması hadisəsində ölənlərin sayı 24 nəfərə çatıb və təqribən 100 nəfər də bədən xəsarəti alıbdır.

Hadisə dünən axşam baş verib və ilkin məlumatlarda ölənlərin sayı on, yaralıların sayı isə 73 nəfər elan olunmuşdu. Amma son xəbərlərə görə, ölənlərin sayı 24-ə, bədən xəsarəti alanların sayı isə yüzə çatıbdır.

Türkiyənin Tekirdağ əyalətinin Çorlu qəsəbəsi yaxınlığında Uzunköprü-İstanbul istiqaməti üzrə hərəkət edən sərnişin qatarının 6 vaqonundan beşi relsdən çıxaraq aşıb.

Türkiyə medialarının məlumatlarına görə, altı ekipaj üzvü olan qatarda 362 sərnişin var imiş.

Türkiyənin telekommunikasiya və nəqliyyat nazirliyi bildiribdir ki, hadisəyə səbəb, son günlər Türkiyənin Avropa hissəsində və İstanbuldan 135 kilometr qərbdə yerləşən Mərmərə dənizinin şimal sahilində leysan yağışların yağması nəticəsində relslərin altındakı torpağın yuyulması olub.