Türkiyə İrana qarşı sanksiyalarla bağlı Amerikaya mənfi cavab verib
İyul 24, 2018 14:41 Asia/Baku
-
Türkiyə İrana qarşı sanksiyalarla bağlı Amerikaya mənfi cavab verib
Türkiyənin xarici işlər naziri deyib ki, Ankara amerikalı heyətin İrana qarşı sanksiyaların tətbiqində Türkiyənin ABŞ-ı müşayiət etməsini istəməsinə mənfi cavab veribdir.
Mövlud Çavuşoğlu dünən Cümhuriyyət nəşri ilə müsahibədə deyib: Son zamanlar Türkiyəyə səfərlə İrana qarşı sanksiyaların tətbiqində Türkiyənin ABŞ-ı müşayiət etməsini istəyən amerikalı heyətə elan olundu ki, Ankara Amerikanın anti-İran qərarlarına qoşulmur, zira bu qərarlar beynəlxalq qanunlara ziddir.
Türkiyənin xarici işlər naziri bu ölkənin İranla əməkdaşlığını davam etdirəcəyini vurğulayıb. O, əlavə edib ki, Türkiyə İrandan neft satın almağı da davam etdirəcək.
O, vurğulayıb ki, Türkiyə Amerika dövlət başçılarının İrana qarşı yanlış siyasətlərini yerinə yetirməyəcək.
Teqlər