Ərdoğan: Türkiyənin təhdidlərinə təslim olmayacağıq
-
Ərdoğan: Türkiyənin təhdidlərinə təslim olmayacağıq
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib: Türkiyə bir amerikalı keşişin mühakimə olunması haqda ABŞ-ın təhdidlərinə təslim olmayacaq.
Türkiyə prezidenti deyib: ABŞ-ın təhdid xarakterli dilinə dəyər verməyəcəyik.
Rəcəb Tayyib Ərdoğan ABŞ rəsmilərinin amerikalı keşiş Andryu Brunsonun işi ilə əlaqədar təhdidlərinə reaksiyada deyib: Bizə qarşı təhdid xarakterli funksiya heç kimə fayda verməyəcək. NATO-da ABŞ-la əməkdaşlığımız çox yüksək səviyyədədir. Elə buna görə, təhdid bizim funksiyamıza təsir göstərməyəcək və biz onların təhdidlərinə qiymət verməyəcəyik.
Türkiyə prezidenti əlavə edib: Onlar bizim şəxsiyyətimizi yaxşı tanımalıdırlar. Bu məsələni onlarla ikitərəfli görüşlərdə demişəm və yenə də deyəcəyəm. Türkiyənin dini azlıqlarla heç bir problemi yoxdur. Lakin Amerika evangelistlərinin təhrikedici davranışları qəbulediləsi deyil.
O bildirib: Ölkənin azadlığı, müstəqilliyi, məhkəmə strukturunun müstəqilliyi haqda öz inancımızdan geri çəkilməyəcək və yolumuzu davam etdirəcəyik.
Ankara və Vaşinqton münasibətlərində gərginlik amerikalı keşiş Andryu Brunsonun Türkiyənin İzmir şəhərində ev dustaqlığında saxlanılmasına görə ABŞ prezidenti Donald Trampın Türkiyə əleyhinə irimiqyaslı sanksiyalar tətbiq etməsinə dair təhdidi ilə zirvəyə çatıb.
Amerikalı keşiş Andryu Brunson təxminən 20 ildir Türkiyədə yaşayır və iki il öncə çevrilişçilərlə əməkdaşlıq və casusluq ittihamı ilə həbs olunub.