Türkiyədə ABŞ mallarının reklamına qadağa qoyulub
-
Türkiyədə ABŞ mallarının reklamına qadağa qoyulub
Bir neçə Türkiyə şirkəti dünən bildiriblər ki, bundan sonra Amerikan malların reklamı barədə sifarişləri qəbul etməyəcək və Amerikan şirkətlərə də reklam sifarişləri verməyəcəklər.
İRİB-in verdiyi məlumata görə, Telekam və Türkiyə Hava Yolları(THY) kimi şirkətlər Amerikaya reklam vermə kampaniyasına qatılacaqlarını və Türkiyə xalqı və dövlətinin kənarında duracaqlarını bildiriblər.
Bu şirkətlər həmçinin bütün Türkiyə şirkətlərini bu kampaniyaya qoşulmağa çağırıblar.
ABŞ prezidenti Donald Tramp ötən cümə Türkiyədən polad və Alüminum idxalatına tarifləri iki qat artırdı.
Amerika avqustun əvvəlində də Türkiyə amerikalı keşiş Andreu Brunsonu azad etməkdən çəkindikdə Ərdoğan hökumətinin iki nazirinə qarşı sanksiyalar tətbiq etdi.
Amerikanın siyasi hərəkətləri nəticəsində Türkiyə lirəsi son günlər ərzində Dollar qarşılığında dəyərini 35 faiz itirib.
Türkiyə xalqı, xüsusiylə prezident Rəcəb Təyyib Ərdoğanın tərəfdarları belə qənaətdədirlər ki, Türkiyədə milli valyuta böhranı əslində Amerikanın Türkiyəni zəiflətmək üzrə cəhdlərindən mənşə alır.