Türkiyə ABŞ-ın ittihamlarına reaksiya verib
https://azeri.sahartv.ir/news/türkiyə-i320593-türkiyə_abŞ_ın_ittihamlarına_reaksiya_verib
Türkiyə prezidentinin sözçüsü ABŞ prezidentinin milli təhlükəsizlik müşavirinin Türkiyənin məhkəmə aparatının müstəqil olması barədəki bəyanatını qınayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 23, 2018 04:32 Asia/Baku
  • İbrahim Kalın
    İbrahim Kalın

Türkiyə prezidentinin sözçüsü ABŞ prezidentinin milli təhlükəsizlik müşavirinin Türkiyənin məhkəmə aparatının müstəqil olması barədəki bəyanatını qınayıb.

Röytersin verdiyi məlumata görə, İbrahim Kalın dünən bir bəyanatda deyib: Vaşinqton casuluq ittihamı ilə Türkiyədə həbs edilmiş amerikalı keşiş Andreu Bransonun azad edilməsi barədə yersiz tələb irəli surur. 

Türkiyə prezidentinin sözçüsü deyib: Türkiyədə qanun hakimiyyəti mövcuddur və Bransonun işi də öz prosedurasına malik olan hüquqi məsələdir. 

Donald Trampın milli təhlükəsizlik müşaviri Türkiyənin Andreu Bransonu qeyd-şərtsiz olaraq azad etməli olduğunu bildirərək demişdi ki, Ankara böyük səhvə yol vermiş olub. 

20 ildir Türkiyənin İzmir şəhərində yaşayan Branson 21 aydır casusluq ittihamı ilə həbs edilib və hal-hazırda ev dustağıdır. 

İbrahim Kalın həmçinin Amerikanın İrana qarşı sanksiyaların Türkiyənin Halk Bankı tərəfindən pozulması barədə ittihamlarını ədalətsiz adlandırıb. 

ABŞ dövləti cari ilin avqust ayının birində amerikalı casus Andreu Bransonun casusluqda və Fətullah Gülənlə əlaqədə olmaqda ittiham edlməsindən sonra Ankara rəsmilərinə qarşı sanksiyalar tətbiq etdi. 

Amerikalı casus keşiş iki il öncə Fətullah Gülən və PKK ilə əlaqədə olmaq və casusluq fəaliyyətləri ilə məşğul olmaq ittihamı ilə Türkiyədə həbs edildi o son zamanlar məhkəmə hökmü ilə ev dustağı edilib.