Ankara və Paris Ağ Ev əleyhinə razılıq əldə ediblər
https://azeri.sahartv.ir/news/türkiyə-i320975-ankara_və_paris_ağ_ev_əleyhinə_razılıq_əldə_ediblər
Türkiyənin maliyyə naziri Ağ Evin Ankaraya qarşı təzyiqləri və iqtisadi sanksiyaları ilə mübarizə üçün Fransa ilə razılaşmadan xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 28, 2018 06:00 Asia/Baku
  • Ankara və Paris Ağ Ev əleyhinə razılıq əldə ediblər

Türkiyənin maliyyə naziri Ağ Evin Ankaraya qarşı təzyiqləri və iqtisadi sanksiyaları ilə mübarizə üçün Fransa ilə razılaşmadan xəbər verib.

Türkiyənin maliyyə naziri Berat Albayrak Parisdə fransalı həmkarı Bruno Le Mer ilə birgə mətbuat konfransında deyib: Paris və Ankara qərara alıblar ki, Türkiyəyə tuşlanmış hərəkətlər qarşısında müştərək addımlar atsınlar.

"ABŞ dolları etibardan düşübdür" deyən Berat Albayrak əlavə edib: Türkiyə və Fransa Ümumdünya Ticarət Təşkilatı çərçivəsində də müştərək şəkildə hərəkət edəcəklər.

Ağ Evin Ankaraya qarşı sanksiyalarının siyasi məqsədlər güddüyünü nəzərə çarpdıran Türkiyənin maliyyə naziri qeyd edibdir ki, Amerikanın hərəkətləri həmin ölkənin təcriddə qalmasına səbəb olubdur.