Türkiyə ABŞ-ın İrana qarşı sanksiyalarına qoşulmayacaq
-
Türkiyə ABŞ-ın İrana qarşı sanksiyalarına qoşulmayacaq
Türkiyənin xarici işlər naziri rəsmi Ankaranın ABŞ-ın İrana qarşı sanksiyalarına qatılmayacağını bildirərək deyib: Amerikanlar Türkiyə ilə Kovboy kimi rəftar edərlərsə rəsmi Ankara qarşılıqlı cavab verəcək.
Litvada səfərdə olan Türkiyə XİN rəhbəri litvalı həmkarı Linas Atanas Linkvisius ilə birgə mətbuat konfransıdan çıxışı zamanı bunları deyib.
Çavuşoğlu ABŞ-ın İranla nüvə sazişindən çıxmasından sonra İrana qarşı tətbiq etdiyi sanksiyalara toxunaraq deyib: Türkiyə bu sanksiyalara riayət etməyəcək. Türkiyə Amerikanın bir şıtatı yaxud bölgəsi deyil ona görə də məcbur deyil.
Türkiyə XİN rəhbəri deyib: Türkiyə bir ölkənin başqa bir ölkəyə qarşı səhv qərarını təsdiqləmək məcburiyyətində deyil.
Çavuşoğlu deyib: Amerika təhdid dilindən əl çəkməlidir.