Bir milyondan çox iranlı turist Türkiyəyə səfər edib
https://azeri.sahartv.ir/news/türkiyə-i321166-bir_milyondan_çox_iranlı_turist_türkiyəyə_səfər_edib
Türkiyənin turizm nazirliyi bildirib ki, cari milad ilinin yeddi ayında bir milyon 317 min 180 iranlı turist Türkiyəyə səfər edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 30, 2018 09:12 Asia/Baku
  • Bir milyondan çox iranlı turist Türkiyəyə səfər edib

Türkiyənin turizm nazirliyi bildirib ki, cari milad ilinin yeddi ayında bir milyon 317 min 180 iranlı turist Türkiyəyə səfər edib.

Türkiyənin turizm nazirliyi dünən qeyd edib ki, cari ilin yeddi ayında 22 milyon turist bu ölkəyə gəlibdir ki, onların bir milyon 317 min 180 nəfəri iranlı olubdur.

Türkiyənin turizm nazirliyinin məlumatına görə, ötən yeddi ayda Türkiyəyə gəlmiş ən çox turist müvafiq olaraq, Rusiya, Almaniya və İrana aiddir.

Türkiyənin turizm nazirliyi qeyd edibdir ki, ötən yeddi ayda bu ölkəyə gəlmiş turistlərin sayı öncəki ilin müvafiq dövrü ilə müqayisədə 24,9 faizlik artıma malik olubdur.

İran və Türkiyə bir çox ortaqlıqlara malik iki qonşu ölkə kimi səmimi əlaqələrə malikdirlər və bu arada İran və Türkiyə xalqları da turistlər kimi bir-birilərinin ölkələrinə səfər edirlər.