Türkiyədə valyuta məzənnəsinin şok artımı
-
Türkiyədə valyuta məzənnəsinin şok artımı
Türkiyədə xarici valyutaların məzənnəsi ötən iki gündə misli az görünmüş həddə artıbdır.
Türkiyədə valyuta məzənnələrinin araşdırılması göstərir ki, son dörd gündə bu ölkə bazarında xarici valyutaların satış məzənnəsi 15 faizdən çox artıbdır ki, bu, Türkiyə valyuta sövdələşmələrində ən yüksək rəqəm sayılır.
Hazırda hər bir dollar 6 lirə 85 kuruşa, hər avro isə 7 lirə 98 kuruşa satılır. Eyni zamanda, Türkiyə bazarında dollar və avro məzənnəsinin artım prosesi davam etməkdədir.
2018-ci ildə Türkiyə milli valyuta dəyərinin ABŞ dolları qarşısındakı ümumi tənəzzülü 0,1 faiz, avro qarşısındakı ümumi tənəzzülü isə təqribən 73,4 faizə çatıbdır.
Amerika 2018-ci il avqustun birində bu ölkə vətəndaşı Andro Bransonun Türkiyə tərəfindən casusluqda və onun elə həmin ölkədə yaşayan və Türkiyədə uğursuz 2016-cı il 15 iyul hərbi çevrilişi amili olan Fəthullah Gülən ilə əlaqədə olmaqda ittiham olunmasının ardınca Ankaraya qarşı sanksiyalar tətbiq etdi ki, bu addım da Türkiyədə son valyuta böhranının yaranması ilə nəticələnibdir.