Beynəlxalq ticarətin dolların hakimiyyətindən nicatı üzrə həmkarlıq zəruridir
-
Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti deyib: Beynəlxalq ticarətin dolların hakimiyyətindən nicatı üzrə həmkarlıq zəruridir.
Rəcəb Tayyib Ərdoğan Qırğızıstana rəsmi səfəri ərəfəsində Bişkekdə çıxan "Arkın Tu" qəzetində dərc olunmuş bir məqalədə yazıb: Beynəlxalq ticarətdə ABŞ dollarının hakimiyyətinə son qoymaq üçün təsirli əməkdaşlıqla öz iradəmizi göstərməliyik. Ərdoğan bu məqalədə sonra belə yazıb: Dünya iqtisadiyyatının ağırlıq mərkəzi əsaslı dəyişikliyə düçar olub və 70 mlyonluq əhaliyə və 350 milyard dollarlıq ümumi daxili gəlirə malik olan Mərkəzi Asiyanın önəmi tədricən artmaqdadır. Ərdoğan yazıb: Bizim beynəlxalq ticarətin dolların hakimiyyətindən xilas olması üçün strateji addımlar hazırladığımız hazırkı dövrdə təsirli əməkdaşlıqla bu sahədəki iradəmizi göstərməliyik. İnanırıq ki, bəzi ölkələrlə icra olunan milli valyuta ilə ticarət layihəsi Türkiyə ilə Qırğızıstan arasında da faydalı nəticələr verəcəkdir.