Ərdoğan Ankaranın S-400 sistemlərinə ehtiyacını vurğulayıb
-
Ərdoğan Ankaranın S-400 sistemlərinə ehtiyacını vurğulayıb
Türkiyə prezidenti ölkəsinin S-400 raket müdafiə sisteminə olan ehtiyacına işarə edərək, bildirib ki, Ankara tezliklə bu müdafiə sistemini təhvil alacaq.
Rəcəb Tayyib Ərdoğan bu gün deyib: Türkiyə öz hədfələrinə çatmaq üçün qonşularına arxalanıb və Avropa ölkələri və Amerikadan savayı digər ölkələrlə həmkarlığa ehtiyac duyur.
Ərdoğan söyləyib: Türkiyənin raket müdafiə sistemlərinə ehtiyacı olarkən Avropa ölkələri və Amerika Ankaranın bu müdafiə sistemlərini satın almaq üzrə təklifini rədd edirdilər.
Türkiyə prezidenti ölkəsinin diktələri qəbul etməyəcəyini bildirərək, deyib: Amerikanın F-35 qırıcılarını bizə satmaqdan imtina edəcəyi halda, biz bu qırıcıları digər bir ölkədən əldə edə bilərik.
Amerika təhdid edərək bildiribdir ki, Türkiyənin Rusiyadan S-400 raket müdafiə sisteminin satın alınması prosesini davam etdirəcəyi təqdirdə bu ölkəni sanksiya edəcək və F-35 qırıcılarını Ankaraya təhvil verməkdən çəkinəcəkdir.